Baytarlıq preparatlarının sifarişi

Müasir tərəqqi xalqların tarixinə və onların keçmişdə qazandığı və hazırda əldə edə bildiyi nailiyyətlərə söykənməlidir.Bu qanunauyğunluq təkcə cəmiyyətin tarixinin öyrənilməsi və əks etdirilməsi üçün deyil, həm də hər hansı bir elm və texnika sahəsinin tarixinin öyrənilməsi üçün zəruridir.Bu baxımdan baytarlıq və baytarlıq dərmanşünaslığını, eləcə də baytarlıq elminin tarixinin öyrənilməsi özü–özlüyündə həm maraqlıdır, həm də baytarlıq təbabətini öyrənən mütəxəssislərin, o cümlədən əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin biliyini zənginləşdirməklə, baytarlıq təbabəti və dərmanşünaslığının keçmişi barədə daha düzgün, daha dolğun və təhrif olunmamış təsəvvür yaratmağa imkan verir. Çünki baytarlıq təbabəti cəmiyyət üçün olduqca bacib və zəruri peşədir. Belə ki, insanların həyatında əvəzsiz, zəruri yeri və rolu olan heyvandarlıq sahəsini baytarlıq xidməti olmadan təsəvvür etmək mümkün deyil. Bu barədə məşhur bir kəlamı yada salmaq yerinə düşərdi: “ Tibb həkimi insanları, baytar həkimi isə bəşəriyyəti müalicə edir”. 
Ən qədim zamanlardan başlayaraq heyvandarlıq Azərbaycan əhalisinin əsas məşğuliyyət sahəsi olmuşdur. Heyvandarlıqla bərabər baytarlıq sahəsi də ən qədim zamanlarda meydana gəlməklə, çоx böyük və mürəkkəb inkişaf yolu keçmişdir: heyvanların xəstəlikləri və onlагın müalicəsində istifadə olunan üsül və vasitələr haqqında olan sadə və primitiv təsəvvürlərdən başlayaraq, müasir, elmi cəhətdən əsaslandırlımış yüksək səmərəli diaqnostika və müalicə üsulları və vasitələrinədək. 
Baytarlığın meydana gəlməsi ictimai həyatın, cəmiyyətin təlabatından,maddi istehsalın ehtiyaclarından irəli gəlmişdir. Ən adi məntiqə əsaslanaraq söyləmək olar ki, baytarlığın meydana gəlməsi və inkişafı heyvanların insanlar tərəfindən əhliləşdirilməsi prosesi ilə sıx surətdə əlaqədar olmuşdur.